Qədr gecəsi

Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir. Bu üç gecənin birində müqəddəs Qurani-Kərim nazil olub.

Allah-Təala tərəfindən Ramazan ayına verilən fəzilət və üstünlük onda baş vermiş mühüm hadisələr və qədr gecəsidir. Allah-Təala Qurani-Kərimdə buyurur: “Həqiqətən biz onu (Quranı) Qədr gecəsi nazil etdik!”. Əgər bir şəxs Qədr gecəsi ibadətlə məşğul olarsa, onun bu gecədəki ibadəti min ay (təqribən 84 il) ibadətdən üstün və fəzilətli olar. Rəvayətlərdə Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql olunub. Qədr gecəsini Allah-Təala məhz Həzrət Məhəmmədin (s) dövründə onun ümməti üçün təyin edib.

Qədr gecəsi Allah insanların dualarını qəbul edir və mələklər yerə enib insanları salamlayırlar. Qədr gecəsi elə bir gözəl gecədir ki, Allah-Təala o gecədə elə bir mərhəmət, sağlamlıq və əmin-amanlıq nazil edir. Qədr gecəsin həm bərəkətli, həm də Allahın mərhəməti olan bir gecədir.